COP29

“Qarabağ”: 12 futbolçu oynamayacaq, 2 nəfər sual altındadır - ADLAR

23 Mart 2023 20:00 Qarabağ 1 085
“Qarabağ”: 12 futbolçu oynamayacaq, 2 nəfər sual altındadır - ADLAR

Martın 26-da Azərbaycan və Türkiyənin sevilən komandaları – “Qarabağ”la “Qalatasaray” qarşılaşacaq.

Oyunla bağlı önəmli suallardan biri ağdamlıların heyətində “cim-bom”a qarşı hansı futbolçuların iştirak edə bilməyəcəyidir.

9 nəfər millilərin heyətinə cəlb olunduğundan, “Qalatasaray”a qarşı forma geyinə bilməyəcək.

Bunlar Azərbaycan seçməsinin üzvləri Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Toral Bayramov, Riçard Almeyda, Filip Ozobiç, Ramil Şeydayev və Musa Qurbanlıdır. Daha iki nəfər – Luka Quqeşaşvili Gürcüstan, Marko Veşoviç isə Monteneqro yığmasının sıralarındadır.

Baş məşqçi Qurban Qurbanov adıçəkilən 9 oyunçu ilə yanaşı, daha 3 futbolçunun xidmətindən yararlana bilməyəcək.

Bunlar zədəli Şahruddin Məhəmmədəliyev, Abbas Hüseynov, Bədavi Hüseynovdur. Hələ də tam gücü ilə kollektiv çalışmalarda iştirak edə bilməyən Marko Vyankoviçlə Amin Ramazanovun Türkiyə nəhənginə qarşı iştirak edib-etməyəcəyi sual altındadır.

Yoldaşlıq-qardaşlıq oyunu martın 26-da Bakı Olimpiya Stadionunda keçiriləcək və saat 20:00-da başlayacaq.

Görüşdən əldə olunacaq bütün gəlirlər qardaş Türkiyədə baş vermiş zəlzələdən əziyyət çəkənlərə yardım üçün göndəriləcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"