“Qarabağ”ın legioneri ŞÜBHƏLİ SÖZLƏR yazdı: "Ac ol, ya da tox"

8 Fevral 2023 20:40 Qarabağ 1 634
“Qarabağ”ın legioneri ŞÜBHƏLİ SÖZLƏR yazdı: "Ac ol, ya da tox"

Premyer Liqada sonuncu dəfə noyabrı 28-də zirəlilərlə oyunda xal itirən “Qarabağ” (0:0), Gəncə səfərində gözlənilmədən 1 xalla kifayətləndi.

Üstünlük birmənalı Ağdam təmsilçisinin tərəfində olsa da, ehtiyatlı oyun, rəqibin əzmkarlığı və qol şanslarının boşa verilməsi yekunda “köhlən atlar”ın 2 xal itirməsinə səbəb oldu.

Meydanın ən yaxşısı isə birmənalı Kevin Medina idi.

Müdafiədə divar rolunu oynayan kolumbiyalı “Kəpəz”in əks-hücumları zamanı rəqibin sürətli futbolçularının qarşısını vaxtında alır, üstəlik, hücumların qurulmasında birbaşa iştirak edirdi.

Aldığı ciddi zədəyə görə uzun müddət yaşıl meydanlardan kənarda qalan Medina artıq ideal formasını bərpa edib ki, “Gent”lə oyunlarda komandasına kömək edəcəyi şübhə doğurmur.

Kevin “Kəpəz”lə 1:1-lik bərabərlikdən sonra “instagram” hesabında həmin matçdan şəklini paylaşaraq bu sözləri yazıb:

“Mən möhtac və ya çox şeyə sahib olmağın nə olduğunu yaxşı bilirəm. Ac ol, ya da tox, imkanlı və ya ehtiyaclı ol, artıq istənilən vəziyyətdən razı qalmağın sirrini öyrənmişəm”.

İyulun 27-də “Sürix”lə səfər qarşılaşmasında ağır zədə alaraq 3 aylıq sıradan çıxan Kevin Medina yaşıl meydanlara oktyabrın 9-da “Qəbələ”ylə oyunda qayıdıb.

O, cari mövsümdə “Qarabağ” formasında meydana çıxdığı 16 qarşılaşmada 1 qol vurub.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti