
“Həm “Sumqayıt”, həm də Azərbaycan məni müsbət mənada təəccübləndirdi”.
Sportinfo.az xəbər verir ki, bunu “Sumqayıt”ın qış fasiləsində “Kolos”dan (Ukrayna) icarəyə götürdüyü braziliyalı futbolçu Dieqo Karioka ölkəsinin “esportenewsmundo” nəşrinə açıqlaması zamanı deyib.
25 yaşlı yarımmüdafiəçi yeni komandasına artıq uyğunlaşdığını bildirib:
“Sumqayıt”a uyğunlaşma dönəmim rahat keçdi. Rus dilini öncədən bilirdim. İngilis dilini bilməyim də uyğunlaşma prosesinə çox kömək oldu.
Yaşadığım şəhər gözəl, insanlar sakitdirlər. Bura ən yaxşı və sürətli şəkildə uyğunlaşmağım üçün klub mənə hər cür dəstəyi verdi”.
"Turan Tovuz”la görüşün start heyətində meydana çıxan Dieqo Karioka 73 dəqiqə mübarizə aparıb.