Əgər onlar bu gün “Qarabağ”da olmasaydı…

4 Oktyabr 2022 19:40 Qarabağ 1 365
Əgər onlar bu gün “Qarabağ”da olmasaydı…

Bir futbolçunun inkişafı üçün onun rəqabət mühiti olan klubda olması önəmlidir.

Xarakterində problemlər olan istedadlı futbolçuların isə xüsusi ilə buna ehtiyacı var.

Məsələn, “Qarabağ”da çıxış edən Elvin Cəfərquliyev və Toral Bayramov kimi.

Hər iki futbolçunun istedadlı olması hamımıza məlumdur. Amma xarakterləri daha da böyümələrinə mane olur. İkisi də eyni vaxtda “Qarabağ”da olmasaydılar, bəlkə Qurban Qurbanov da onların enişə gedən karyeralarına mane ola bilməyəcəkdi.

Bəs ikisinin eyni vaxt bir komandada olması inkişaflarına necə kömək edir?

Bildiyimiz kimi, həm Toral, həm də Elvin eyni cinahda – solda çıxış edir. Bu il mövsüm yeni başlayanda baş məşqçi daha çox Cəfərquliyevə şans verirdi.

İlk görüşlər pis çıxış etmirdi. Amma bir neçə parlaq oyundan sonra onun formasında eniş qabarıq hiss olunmağa başladı. “Surix”lə səfər matçı isə bunun piki oldu.

Belə ki, İsveçrə təmsilçisi ilə Çempionlar Liqasının ikinci təsnifat mərhələsinin cavab matçında Elvin ilk hissəni o qədər bərbad keçirdi ki, təcrübəli mütəxəssis ikinci yarını gözləmədən onu Toralla əvəzlədi.

Və sonrakı matçlarda davamlı olaraq “27 nömrə” əsas heyətdə yer almağa başladı. “Frayburq”la qrup matçına kimi bütün oyunlarda 90 dəqiqə meydanda olan cinah müdafiəçisi almanlarla oyunun ilk hissəsini çox bərbad oyunla yadda qaldı.

Bu dəfə Qurban Qurbanov onu ehtiyata göndərərək “Nanat” oyunda Elvinə əsas heyətdə yer verdi. İnsafən, o da darmadağınla (3:0) bitən oyunda əla təsir bağışladı. Elə son derbidə “Neftçi”yə qarşıda meydanda yaxşı təsir bağışlayan Elvin gördük.

Bu ortamda Elvin yerini itirməmək üçün daim üzərində işləməyə məcburdusa, Toral da hər an onun səhvindən sonra şans alacağı halda ümidləri doğrultmaq üçün formada qalmağa məcburdur.

Beləcə, ehtiyat və ya əsas oyunçu olduğu hələ də dəqiqləşməyən hər iki oyunçu da inkişaf etməyə, ən pis halda eniş yaşamamağa müəssər olurlar. Bundan isə təbii ki, futbolçular kimi, həm klub, həm də bu rəqabəti nizamlı şəkildə aparmağı bacaran baş məşqçi qazanmış olur.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı