Tanınmış məşqçi yenə "Qarabağ"ın adını çəkdi, təriflədi

30 Sentyabr 2022 13:20 Qarabağ 3 120
Tanınmış məşqçi yenə "Qarabağ"ın adını çəkdi, təriflədi

"Qarabağ" 8 ildir avrokubokların qrupunda mübarizə aparır, çox güclü komandadır".

Sportinfo.az xəbər verir ki, bunu Macarıstan "Ferentsvaroş"unun baş məşqçisi Stanislav Çerçesov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Qarabağ"a iki oyunun nəticəsinə (1:1, 1:3) əsasən uduzaraq, mübarizəni dayandırmaları barədə danışarkən deyib.

Rusiyalı mütəxəssis Azərbaycan çempionunun gücünə əvvəldən bələd olduqlarını bildirib:

"Ötən mövsüm Konfrans Liqasında pley-offa çıxmaları, bu il isə İsveçrə "Sürix"ini məğlub etmələri təsadüf deyildi.

Təsnifat mərhələsindən qrupa vəsiqə qazanmaq üçün 8 oyun keçirirsən. Bəzən bir səhv hər şeyin üstündən xətt çəkir".

59 yaşlı baş məşqçi Budapeştdəki cavab matçına yaxşı başlamadıqlarını etiraf edib:

"Öz səhvlərimizdən qollar buraxdıq. Bundan sonra geridönüş etmək çətin idi. Rəqib əks hücumlarda əla oynayır.

Ön xətdə sürətli oyunçuları var. Hətta evdəki görüşdə bizə 2 qol vuran hücumçusu (İbrahima Vadjini nəzərdə tutur Fransa klubuna keçdi.

Düzdür, 2 aparıcı mərkəz müdafiəçimiz həmin oyunda iştirak etmirdi. Təbii ki, bunlar bəhanə olmamalıdır.

Bir sözlə, cavab matçında rəqib bizdən yaxşı oynadı və səhvlərimizdən istifadə edib mərhələni keçdi".

Digər Xəbərlər
Xəbər Lenti
4 Dekabr 22:00 Premyer Liqaya qayıdır