"Qarabağ"ı Fransada izləmək üçün - Ən ucuz və ən bahalı…

30 Sentyabr 2022 11:00 Qarabağ 485
"Qarabağ"ı Fransada izləmək üçün - Ən ucuz və ən bahalı…

"Nant" klubu Fransada "Qarabağ"a qarşı keçirəcəyi Avropa Liqasının G qrupunun V tur oyunu üçün biletləri satışa çıxarıb.

Sportinfo.az xəbər verir ki, ən ucuz biletin qiyməti 36 avro, ən bahalı bilet isə 75 avrodur.

Oktyabrın 27-də "Stad de la Bojuar" stadionunda oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Bu komandalar arasında Bakıdakı görüş "köhlən atlar"ın 3:0 hesablı qələbəsi ilə başa çatıb.

"Qarabağ" qrup mərhələsinin III turunda Yunanıstanda "Olimpiakos"un, "Nant" isə Almaniyada "Frayburq"un qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti