"Qarabağ" bizi nokauta saldıq”

22 Sentyabr 2022 03:40 Qarabağ 1 006
"Qarabağ" bizi nokauta saldıq”

"Nant"ın futbolçusu Samuel Mutussami Liqa 1-in VIII turunun "Lans"la matçından əvvəl açıqlama verib.

Sportinfo.az xəbər verir ki, klubun rəsmi saytına danışan 26 yaşlı yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda "Qarabağ"a qarşı keçirdikləri oyun haqda danışıb:

"Qarabağ"a oyunda daha yaxşısını etmək istəyirdik. Bir az ağrılı nəticə oldu. Xüsusilə, ikinci hissədə yaxşı çıxış etmədik.

İlk hissədə pis deyildik, fasilədən sonra aşağı endik və nokaut olduq. "Qarabağ" bizdən daha intensiv və təsirli idi".

"Qarabağ" - "Nant" qarşılaşması Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsiylə başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"