"Qarabağ" bu hücumçunun transferi üçün GÜZƏŞT İSTƏDİ

12 Avqust 2022 15:00 Qarabağ 7 829
"Qarabağ" bu hücumçunun transferi üçün GÜZƏŞT İSTƏDİ

"Fehervar"ın hücumçusu Budu Zivzivadze "Qarabağ"da oynaya bilər.

28 yaşlı forvard mümkün keçidi ilə bağlı Gürcüstan mətbuatına açıqlama verib:

"Hazırda bu haqda danışmaq istəmirəm. Transfer dönəmi avqustun sonuna qədərdir. Həm mənə, həm kluba uyğun bir təklif olsa, dəyərləndirə bilərəm.

Lazım olsa, qalacam, lazım olmasam, gedəcəm. Lakin hazırda sırf hansısa klubla danışıqlar getmir. Macarıstanda özümü xoşbəxt hiss edirəm və bu, mənə kifayətdir".

Budu Zivzivadze 2020-ci ilin yayından "Fehervar"da çıxış edir. Onun klubla müqaviləsi 2023-cü ilin iyun ayına kimidir.

Çempionlar Liqasında mübarizəni davam etdirən "Qarabağ" heyətini gücləndirmək yolunda axtarışları da davam etdirir.

Bu yolda "köhlən atlar"a təklif olunan növbəti legioner Gürcüstan millisinin forvardı Budu Zivzivadzedir.

O, ötən ay hazırkı komandasının heyətində Konfrans Liqasındakı təmsilçimiz "Qəbələ"yə qarşı hər iki matçda da fərqlənməyi bacarıb. İlk görüşdə son qola (1:4), cavab matçında isə bərabərlik qoluna (2-1) adını yazdırıb.

28 yaşlı forvard ölkəsində "Dinamo"(Tbilisi), "Torpeda", "Samtredia" və digər Macarıstan təmsilçisi "Uypeşt" kimi komandaların şərəfini qoruyub.
Zivzivadze Gürcüstan yığmasında 13 matçda forma geyinib və 3 qol vurmağı bacarıb.

«Fehervar» Buduya 600 min avro qiymət qoyub. Onun Macarıstanda illik qazancı isə 300 min avro təşkil edir.

«Qarabağ» sözügedən forvardın son 1 ildə keçirdiyi bütün oyunları incələyib, sadəcə, qiymət məsələsində tərəflər arasında fikir ayrılığı mövcuddur.

Azərbaycan çempionu «Fehervar»ın maliyyə şərtlərini bir qədər yumşaltmasını istəyir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti