"Qarabağ" getdi - FOTOLAR

8 Avqust 2022 11:30 Qarabağ 1 157
"Qarabağ" getdi - FOTOLAR

"Qarabağ" "Ferentsvaroş"a qarşı Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu üçün Macarıstana yollanıb.

Sportinfo.az xəbər verir ki, "köhlən atlar"ı paytaxt Budapeştə aparan təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşüb.

Komandanın zədəli futbolçuları – kapitan Maksim Medvedev və Kevin Medina səfərə aparılmayıb.

Bakı vaxtı ilə saat 20:40-da baş məşqçi Qurban Qurbanovun mətbuat konfransı baş tutacaq. Saat 21:00-da isə matçın keçiriləcəyi "Groupama Arena"da komandanın media üçün açıq məşqi (ilk 15 dəqiqəsi) gerçəkləşəcək.

Avqustun 9-da oynanılacaq "Ferentsvaroş" – "Qarabağ" görüşü Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı