"Qarabağ"ın yeni baş məşqçisi kim olacaq? - Qurban Qurbanovdan sonra

24 May 2022 11:20 Qarabağ 3 540
"Qarabağ"ın yeni baş məşqçisi kim olacaq? - Qurban Qurbanovdan sonra

"Qarabağ"dan ayrılmaq mənə pis təsir edər".

Sportinfo.az xəbər verir ki, bu sözlər "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanova aiddir.

Azərbaycanın ən tanınmış futbol mütəxəssisi "özünüzdən sonra Ağdam klubunda bu postu kimə etibar edərsiz" sualına bu cür cavab verib:

"Bu kluba tək baş məşqçi kimi bağlı deyiləm. Komandanın adı Azərbaycanın özəyidir. İstəmərəm ki, başqa əllərdə olsun.

Burada ailə və kollektiv formalaşıb. Amma bu yer hamımız üçün əbədi deyil. Komandadan ayrılsam, özümə görə narahat olacağam.

Amma əminəm ki, klub etibarlı əllərdə olacaq. Rəhbərliyin komandanı necə qoruyub saxladığını görmüşəm.

Onların "Qarabağ"a və Azərbaycana olan sevgisini heç nə ilə əvəz edə bilmərəm.

Komandamızın pis vaxtında belə, klub prezidenti bildirib ki, digər sahələrdə çatışmazlıq olsa da, "Qarabağ"da olmamalıdır".

Digər Xəbərlər
Xəbər Lenti