"Qarabağ"da məşqçi işləmək istəmədi, 3-cü dəfə ayrılmağı seçdi

21 May 2022 14:00 Qarabağ 1 508
"Qarabağ"da məşqçi işləmək istəmədi, 3-cü dəfə ayrılmağı seçdi

Riçard Almeyda "Qarabağ"da son günlərini keçirir.

Ötən yay üçüncü dəfə Ağdam klubuna qayıdan braziliyalı yarımmüdafiəçiyə yeni müqavilə təklif edilməyib.

O, əvəzedici komandada məşqçi kimi çalışmaq variantını geri çevirib. Bu sezon nadir hallarda meydana çıxan 33 yaşlı cənubi amerikalı hələ futbolçu karyerasını bitirmək fikrində deyil.

O, daha öncə 2012-2018 mövsümündə, həmçinin 2019-cu ildə "köhlən atlar"ın şərəfini qoruyub.

Almeydanın buna kimi Azərbaycanda son klubu "Zirə" olub.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti