"Qarabağ"ın bacardığı ən gözəl iş, amma...

25 Noyabr 2021 16:20 Qarabağ 797
"Qarabağ"ın bacardığı ən gözəl iş, amma...

"Qarabağ" bu gün Konfrans Liqasında növbəti matçına çıxacaq. Rəqib Kipr "Omoniya"sıdır. Səfərdə 4-1 darmadağın etdiyimiz "Omoniya". Deməli, yenə udmaq olar.

Ən azından komandamız meydana qalib, qrupda cəmi 2 xalı olan rəqib isə darmadağın ruhda çıxacaq.

Xeyrimizə olan başqa məqamlar da az deyil. Məsələn, təmsilçimizdə ciddi heyət itkisi yoxdur. Təbii ki, son oyunlar artıq yoxluğuna alışdığımız Xayme Romero, Bədavi Hüseynov kimilər xaric.

Komandamızın son qarşılaşmalardakı uğurlu qrafiki də daxili ab-havanın əla olmasına sirayət edib.

"12-ci oyunçu"nun varlığı da öz yerində. Matça saatlar qalmasına rəğmən, satışa çıxarılan biletlər tükənmək üzrədir. Deməli, axşam "futbol məbədimiz"də anışlaq olacağı dəqiqdir. Qalır, ancaq qələbə qazanmaq. Bu da "Qarabağ"ın bacara bildiyi ən gözəl işdi.

Amma bu gün situasiya bir qədər fərqlidir. Qurban Qurabnovun yetirmələri öz bacarığı ilə bərabər, həm də "Kayrat"ın bacarıq göstərməsinə ümid etməlidir.

Ki, qələbəmiz fonunda erkən qrup lideri olmağımızın üçün "Bazel"in Qazaxıstanda "Kayrat" tərəfindən büdrəməsi lazımdır.

İnanaq ki, "Qarabağ"lı futbolçular axşam Bakıda qələbə qazanıb, Qazaxıstandan xoş xəbər ala biləcəklər. Bizə isə ürəkdən sevinmək düşər.

Xanoğlan İmanov

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var