"Qarabağ" daha çox pul təklif etdi, hücumçu transferində bu klubu qabaqladı

14 Sentyabr 2021 21:20 Qarabağ 1 407
"Qarabağ" daha çox pul təklif etdi, hücumçu transferində bu klubu qabaqladı

Norveçin "Volerenqa" klubu "Qarabağ"ın heyətinə qatdığı İbrahima Vadjini transfer etmək istəyib.

Sportinfo.az "Nettavisen" nəşrinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi 26 yaşlı seneqallı hücumçu üçün "Haugesund"a Oslo təmsilçisindən daha çox məbləğ təklif edib.

Klub bundan əlavə, "Qalatasaray"dan Martin Linnesi almağı hədəfləyib, lakin burada da "Molde"yə rəqabətdə uduzub

"Volerenqa" son olaraq "Tromsö"dən Tomas Totlandın keçidini gerçəkləşdirə bilməyib. Paytaxt klubu daha sonra alternativ oyunçulara müraciət etməyib.

"Qarabağ" İbrahima Vadji ilə 3 illik müqavilə imzalayıb.

Digər Xəbərlər
Xəbər Lenti