“Qarabağ”la gücümüz daha yaxındır, onları yaxşı tanıyırıq”

14 Sentyabr 2021 13:20 Qarabağ 923
“Qarabağ”la gücümüz daha yaxındır, onları yaxşı tanıyırıq”

“İnkişafımız üçün yaxşı qrupa düşmüşük. Əlimizdən gələni edəcəyik”.

Sportinfo.az xəbər verir ki, bunu Konfrans Liqasının qrup mərhələsində “Qarabağ”la eyni qrupda yer alan “Omoniya”nın baş məşqçisi Henninq Berq deyib.

“Omoniya” qrupda ilk oyununu sentyabrın 16-da səfərdə “Kayrat”a qarşı keçirəcək. Qrupu dəyərləndirən norveçli çalışdırıcı “Qarabağ” barədə də fakir bildirib:

“Bazel” bu yaxınlarda Çempionlar Liqası və Avropa Liqasında oynadı, çox yaxşı komandadır. “Qarabağ” Avropa Liqasında müntəzəm çıxış edib, son vaxtlar Kipr komandaları ilə qarşılaşmaları olub.

“Qarabağ”ı daha yaxşı tanıyırıq. “Kayrat” barədə isə çox məlumatımız yoxdur. Yaxşı komandadır ki, Qazaxıstan çempionu olub.

Dünyanın hər yerindən oyunçular alırlar. Rəqiblər reytinqdə bizdən üstündürlər, ancaq onlarla rəqabət aparmaq mümkündür.

Qrupda məğlub edəcəyimizə inanmadığımız komanda yoxdur. Ümumilikdə “Bazel” yüksək səviyyədədir. “Qarabağ”la da gücümüz daha yaxındır”.

Digər Xəbərlər
Xəbər Lenti