"Qarabağ"da son durum - "Aşdod"la oyunöncəsi

22 İyul 2021 13:00 Qarabağ 954
"Qarabağ"da son durum - "Aşdod"la oyunöncəsi

"Qarabağ" bu gün Konfrans Liqasında çıxışına start verir.

İkinci mərhələdən yarışa qoşulan təmsilçimizin rəqibi İsrailin "Aşdod" komandasıdır.

Oyunöncəsi "Qarabağ"da iki ciddi itki var. Bədavi Hüseynov və Elvin Cəfərquliyev öncədən məlum olduğu kimi zədə səbəbindən oyunu buraxacaqlar.

Bəs digər futbolçularla bağlı hər hansı narahatlıq varmı?

Sualımıza cavab olaraq Sportinfo.az-a açıqlamasında "Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bunları dedi:

"Adıçəkilən futbolçulardan başqa zədəli futbolçumuz yoxdur. Rahil Məmmədov da məşqlərə qoşulub.

Digər futbolçular tam tərkibdə "Aşdod"la oyuna hazırdır".

Tofiq Bəhramov adına Respublika Stadionda keçiriləcək "Qarabağ" - "Aşdod" görüşü 20:00-da start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti