Mahirin "Qarabağ"a dönüşü nə vaxt baş tutacaq?

18 Aprel 2021 13:00 Qarabağ 962
Mahirin "Qarabağ"a dönüşü nə vaxt baş tutacaq?

DÇ-2022-nin seçmə mərhələsinin Serbiya ilə oyununda zədələnən Azərbaycan millisinin və "Qarabağ"ın hücumçusu Mahir Emrelinin son durumuna aydınlıq gəlib.

Sportinfo.az-ın məlumatına görə, o, "Sumqayıt"la keçiriləcək ölkə kubokunun ilk yarımfinal görüşündə forma geyinməyəcək.

Forvard yalnız 4 gün sonra Qəbələdə – Premyer Liqa qarşılaşmasında meydana çıxa biləcək. Təbii ki, Qurban Qurbanov riskə getməyə ehtiyac duyarsa.

Yığma həkiminin müşayiəti ilə MRT (Maqnit Rezonans Tomoqrafiya) olunan 24 yaşlı hücumçunun sağ bud nahiyəsində arxa əzələnin 2-ci dərəcəli hissəvi yırtılması aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti
2 İyul 19:20 PFL 17 yaşına çatdı!
2 İyul 09:40 Üçüncü TRANSFER
2 İyul 07:20 Avro 2 manatı keçdi