"Neftçi"nin baş məşqçisi Balayev haqda elə söz işlətdi ki…

16 Aprel 2021 12:40 Qarabağ 1 493
"Neftçi"nin baş məşqçisi Balayev haqda elə söz işlətdi ki…

"Neftçi"nin baş məşqçisi Samir Abasov "Qarabağ"da ehtiyatda qalan Emil Balayevin mümkün keçidi barədə danışıb.

Sportinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis onun xidmətində maaraqlı olmasına işarə vurub:

"Azərbaycanda Kamran Ağayevdən sonra bizim qapıçıların zaman-zaman parlayan vaxtları oldu.

Xatırlayırsızsa, bu, Səlahət Ağayevdə və Emil Balayevdə də baş verdi. Əfsuslar olsun ki, balansı saxlaya bilmədilər.

Emil 1 ilə yaxındır Ağdam klubunda əsas heyətdə oynaya bilmir. Amma bacarığı, keyfiyyəti haqqında xoş sözlər demək olar.

Millimizin də qapıçısı olub. Bu gün neçə qolkiperimiz var ki, onların arasında seçim də edək? Sayları həddindən artıq azdır".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"