"Qarabağ" Mahirlə yeni müqavilə imzalayır və… İNCƏ TRANSFER ŞƏRTLƏRİ

5 Mart 2021 13:00 Qarabağ 2 472
"Qarabağ" Mahirlə yeni müqavilə imzalayır və… İNCƏ TRANSFER ŞƏRTLƏRİ

«Qarabağ» Mahir Emreli ilə müqavilənin müddətini uzatmağa hazırlaşır.

Çoxdandır bu yöndə gedən danışıqlar artıq yekunlaşmaq üzrədir.

2015-ci ildən Ağdam klubunun şərəfini qoruyan hücumçu ilə prinsipial razılıq əldə olunub. Qurban Qurbanovun sözündən çıxmayan 23 yaşlı forvard daha 2+1 illik sözləşməyə imza atmağa yaxındır.

Amma bu, hələ o demək deyil ki, mövcud kontraktı yayda bitəcək milli üzvü gələn mövsümə 100 faiz «Qarabağ»da başlayacaq. Burada bəzi yeni şərt və nüanslar var.

Əvvəla, çox şey Qurbanovun onun mövqeyinə istədiyi hücumçunu tapıb-tapmamasından asılıdır.

Əgər baş məşqçinin bəyəndiyi belə birisi olsa, «Qarabağ» Mahiri xarici klublardan birinə icarəyə verəcək - transfer hüququnu sonradan satmaq öhdəliyi ilə.

Bu zaman forvard üçüncü komandaya keçərsə, satışından əldə olunan vəsaitin 30 faizi Azərbaycan çempionuna çatacaq.

İndiki halda isə Emreliyə haradan daha yaxşı şərtlərlə təklif gələrsə, «Qarabağ» həm özünün, həm də onun maraqlarını düşünərək, seçim edəcək.

Hazırda Mahirlə maraqlananlar var. Siyahıya Türkiyə, Yunanıstan, Polşa, Avstriya və Rusiya təmsilçiləri daxildir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti