"Qarabağ"a bir neçə yüz min avro ödəməlidir - Bu keçid üçün

27 Yanvar 2021 12:40 Qarabağ 1 881
"Qarabağ"a bir neçə yüz min avro ödəməlidir - Bu keçid üçün

Polşa Ekstraklasasında çıxış edən "Rakuv" Azərbaycan millisinin və "Qarabağ"ın futbolçusu Mahir Emrelinin transferində israrlıdır.

Sportinfo.z yerli "transfery.info" saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi Marek Papşun 24 yaşlı hücumçunu sərəncamında görmək istəyir.

Bildirilib ki, "Rakuv" bu keçid üçün "Qarabağ"a bir neçə yüz min avro ödəməlidir. Klub polşalı hücumçusu Oskar Zavada ilə vidalaşmaq niyyətindədir.

Emrelinin məhz Cənubi Koreyaya yollanması gözlənilən forvardı əvəzləyəcəyi ehtimal edilir.

Mahirin "Qarabağ"la bu ilin yayınadək müqaviləsi var. "Rakuv" isə Polşa Ekstraklasasında 14 turdan sonra 28 xalla 2-ci pillədə qərarlaşıb.

Çenstoxova şəhərinin komandası ilk mövqedəki Varşava "Legiya"sından 1 xal geri qalır. Daha əvvəl Polşanın “Zaqlembe” klubu Emreli üçün təklif göndərib. Lakin forvard 200 min avro məvacib istədiyi üçün keçid gerçəkləşməyib.

Digər Xəbərlər
Xəbər Lenti