Qurban Qurbanov: "Gözləmək lazımdır, bəlkə…"

24 Yanvar 2021 13:20 Qarabağ 836
Qurban Qurbanov: "Gözləmək lazımdır, bəlkə…"

"Avropa Liqası ilə Konfrans Liqası arasında fərq var".

Sportinfo.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov səsləndirib.

İlk dəfə keçiriləcək Konfrans Liqasının 31 iştirakçısı müəyyənləşib.Başa çatan 2020-ci ildə 12 ölkədə 3-cü dərəcəli klub turnirinə vəsiqələr bəlli olub.

Düzdür, çempionatı yaz-payız sistemi ilə keçirilən bu ölkələrin bəzilərində kubokun qalibi gələn il bilinəcək. Yeni turnirdə iştirakı dəqiqləşən 31 klubdan 10-u II təsnifat mərhələsindən yarışa qatılacaq.

Azərbaycan klubları ilə eyni raundda oynayacaq bu komandalar təmsilçilərimizin mümkün rəqibləridir. Premyer Liqamızın gümüş və bürünc mükafatçısı, həmçinin kubokun qalibi ilə görüşməsi mümkün olan digər 21 klub isə I təsnifat mərhələsini adlamalıdır.

Ağdam təmsilçisinin çalışdırıcısı yeni təsis olunan Konfrans Liqası barədə bunları söyləyib: "Bu turniri gözləmək lazımdır. Bəlkə öz fərqliliyi olacaq. Bizim hər zaman məqsədimiz yuxarı pillə olub.

Konfrans Liqası büdcəsi az olan klublara təsir edə bilər. Amma hələ mükafat fondu açıqlanmayıb. Lakin Çempionlar Liqası və Avropa Liqasının yeri fərqlidir".

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!
22 Aprel 03:00 Nicat heç-heçə etdi