Bakıda bilmədən atasını öldürən idmançı kimdir? - VİDEO+FOTO

9 Sentyabr 2020 09:14 Qalmaqal 6 493
Bakıda bilmədən atasını öldürən idmançı kimdir? - VİDEO+FOTO

Tanınmış gitara ifaçısı Nofəl Süleymanov dünyasını dəyişib.

Sportinfo.az xəbər verir ki, musiqiçi evdə 17 yaşlı oğlu Şövqünün ehtiyatsızlıqdan ov tüfəngindən atəş açması nəticəsində ölüb.

Ş.Süleymanlı peşəkar formada güləşlə məşğul olub. Azərbaycan çempionatında yarışlarda müxtəlif yerlər tutub. O, 2018-ci ildə 10-cu sinifdə oxuyarkən Gürcüstanda keçirilən yarışda 55 kq çəki dərəcəsində I yerə layiq görülüb.

Nofəl Süleymanlının 4 övladı var, onlardan üçü oğlandır. Məlumata görə, Nofəl qeydiyyatda olduqları Ağcabədi rayonuna yola düşməzdən əvvəl oğluna silahı təmizləməsini, rayonda ova gedəcəklərini deyib.

Nizami rayon Prokurorluğunun yaydığı məlumata görə, 2003-cü il təvəllüdlü Şövqü Süleymanlı paytaxtın Nizami rayonu ərazisində yerləşən yaşadıqları evin mətbəxində atası Nofəl Süleymanlının adına olan “Escot” markalı 12 kalibrli ov tüfəngində olan patronları boşaldarkən ehtiyatsızlıqdan tüfəngdən açılmış atəş nəticəsində qırmalar həmin vaxt mətbəxin eyvanında olan atası Nofəl Süleymanlının kürək nahiyəsinə dəyib, sonuncu aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!