3 nəfəri 30 saniyəyə yerə sərən şəxs görün kimdir! - VİDEO+FOTOLAR

29 İyun 2020 15:04 Qalmaqal 1 679
3 nəfəri 30 saniyəyə yerə sərən şəxs görün kimdir! - VİDEO+FOTOLAR

Türkiyənin paytaxtı Ankara şəhərində tıxacda dalaşan və 3 nəfəri 30 saniyəyə yerə sərən şəxsin kikboksçu olduğu üzə çıxıb.

Sportinfo.az xəbər verir ki, axşam saatlarında evinə qayıdan Ümit Ö. tıxacda sürücünün zorakılığına məruz qalıb.

3 nəfər tərəfindən qarşısı kəsilərək hücuma məruz qalan Ümit Ö., hadisə yerindən uzaqlaşıb. Ancaq həmin 3 nəfər Ümit Ö-ü izləyərək evinin önündə yenidən hücum ediblər. Davaya qarşılıq verən Ümit Ö., həmin şəxsləri təpik-yumruq zərbələri ilə 30 saniyə ərzində yerə sərib.

Məhəllə sakinlərinin müdaxiləsindən sonra dava başa çatıb. Sözügedən 3 nəfər avtomobillərinə minərək ərazidən qaçıblar.

Digər Xəbərlər
Xəbər Lenti