Rusiya dünya çempionatına buraxılmayacaq? - FİFA-dan açıqlama

5 Fevral 2020 20:08 Qalmaqal 778
Rusiya dünya çempionatına buraxılmayacaq? - FİFA-dan açıqlama

FİFA Rusiya millisinin dopinq qalmaqalına görə DÇ-2022-yə buraxılmayacağı ilə bağlı yayılan xəbərlərə reaksiya verib.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu məlumatı təkzib edib. Bildirilib ki, onlarda bu barədə heç bir informasiya yoxdur:

"2019-cu ilin dekabr ayındakı FİFA-nın futbola qarşı sanksiyalar məsələsində Ümumdünya Antidopinq Agentliyi (VADA) ilə əlaqədə olduğunu bildirdiyimiz açıqlamamızda hər hansı bir yenilik yoxdur".

Rusiyanın dopinq məsələsinə görə futboldan başqa, digər idman növləri üzrə yarışlarda, həmçin yayda Tokioda olacaq Olimpiadada iştirakına qadağa qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti