Bakıda döyülən hakim şikayət ərizəsi yazdı və geri götürdü - ŞOK VİDEO

30 Yanvar 2020 21:15 Qalmaqal 1 604
Bakıda döyülən hakim şikayət ərizəsi yazdı və geri götürdü - ŞOK VİDEO

Bakıda keçirilən Mini Futbol Liqasında (MFL) dava düşməsindən məlumatlısız.

Hadisə “Kontakt Home” - “Dənizkənarı Bulvar İdarəsi” oyununda baş verib.

Belə ki, “Dənizkənarı Bulvar İdarəsi”nin oyunçusu Oqtay Alxasov iki sarı, ardınca isə qırmızı vərəqə aldığı üçün meydançadan kənarlaşdırılıb.

Matç başa çatdıqdan sonra Oqtay Alxasov meydana daxil olaraq oyunun hakimi Hacıəli Ağayevi vurub, ona ciddi xəsarətlər yetirib. Baş verən insidentdə “Dənizkənarı Bulvar İdarəsi”n dən Ceyhun İmaməli də iştirak edib.

Sportinfo.az-ın məlumatına görə, referi yaşanan insidentdən sonra şikayət ərizəsi yazıb. H.Ağayev kəllə-beyin travması almasını və iş qabiliyyətini itirməsini orada qeyd edib.

Lakin maraqlıdır ki, hakim araşdırmanın başlamasını gözləmədən iddia ərizəsini geri götürüb. O, “Dənizkənarı Bulvar İdarəsi”nin oyunçularından heç bir şikayətinin olmadığını bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
12 İyul 18:10 Çək və bizə göndər!