Rusiya üçün ŞOK! Olimpiada və DÇ-dən kənarlaşdırıldılar

9 Dekabr 2019 14:21 Qalmaqal 1 531
Rusiya üçün ŞOK! Olimpiada və DÇ-dən kənarlaşdırıldılar

Rusiya irimiqyaslı yarışlardan, o cümlədən olimpiada və dünya çempionatlarında çıxış etmək hüququndan məhrum olunub.

Sportinfo.az xəbər verir ki, bu barədə Ümumdünya Antidopinq Agentliyinin (WADA) İcraiyyə Komitəsi yekdilliklə qərar çıxarıb.

Bundan başqa Rusiya 4 il müddətinə dünya çempionatları keçirmək və ya mundialların təşkili üçün ərizə vermək hüququndan da məhrum edilib. Qadağa dövlət qulluqçularına, Milli Olimpiya Komitəsi və Milli Paralimpiya Komitəsinin rəhbərliyinə şamil olunub. Qadağaya DÇ-2022 də aiddir.

Rusiyalı idmançılar Yay Olimpiya Oyunları və dünya çempionatında ancaq neytral statusda - bayraqsız və himnsiz iştirak edə bilər.

Digər Xəbərlər
Xəbər Lenti