“Sən nə edirsən?! Sonun çatıb, anladın?!...”

8 Dekabr 2019 16:25 Qalmaqal 882
“Sən nə edirsən?! Sonun çatıb, anladın?!...”

Ukraynada biznesmen-oliqarx İqor Kolomoyski oğlunun oynadığı basketbol klubunun uduzmasından sonra hakimi “yox etməklə” hədələyib.

Sportinfo.az xəbər verir ki, Kolomoyskinin 20 yaşlı oğlu Qriqori “Dnepr”in müdafiəçisidir və komanda “Kiyev” ilə oyunda uduzub. Bundan sonra oliqarx məşqçiyə yaxınlaşaraq onu təhdid edib.

Hakim Andrey Babıkın Ukraynanın basketbol çempionatının direktoruna göndərdiyi məruzədə göstərilir ki, “Dnepr” klubunun direktoru Valeri Kondratyev və hansısa Valeri Qulyayev də onu hədələyiblər.

“Kiyev”ə qarşı oyun başa çatanda Kondratyev hakimə yaxınlaşıb və onun meydançadan “sağ getməyəcəyini” deyib. Sonra isə milyarder özü hakimə yaxınlaşıb. -Sən nə edirsən?! Sənin sonun çatıb, başa düşdün?!-Kolomoyski hakimə deyib.

Biznesmen bundan əvvəl də bənzər “idman” qalmaqallarına qarışıb. Belə ki, Kolomoyski oktyabr ayında Ukraynanın Boks Federasiyasının prezidenti Mixail Brodkini, “Prometey” klubunun rəhbərini və hakimləri də hədələmişdi.

Digər Xəbərlər
Xəbər Lenti