"Həmin axmaq belə gecəmizi korlaya bilmədi" - İrqçilik qalmaqalı

8 Dekabr 2019 11:20 Qalmaqal 809
"Həmin axmaq belə gecəmizi korlaya bilmədi" - İrqçilik qalmaqalı

"Mançester Yunayted"in yarımmüdafiəçisi Cessi Linqard Premyer Liqanın 16-cı turunun "Mançester Siti" ilə oyununun (2:1) ikinci hissəsində yerli fanatların Fredə qarşı etdiyi irqçilik haqda şəxsi "Twitter" səhifəsində yazıb.

Sportinfo.az xəbər verir ki, ikinci yarıda künc zərbəsini yerinə yetirmək istəyən zaman "şəhərlilər"in bir neçə azarkeşi braziliyalı oyunçuya qarşı irqçilik edib. Onlardan biri Fredin qarşısında meymun təsviri edərək, heyvan səsləri çıxarıb. Linqard isə hadisə barədə bu cür yazıb:

"Hətta həmin axmaq belə gecəmizi korlaya bilmədi. Bu, sadəcə, biabırçı davranış idi. Oynadığımız oyun derbi ola bilər. Amma bu, kiminsə irqçi hərəkət etməsi üçün səbəb deyil".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu