“Həm bizim, həm də rəqibin qalib gəlmək üçün yaxşı şansları vardı.
Məncə, bu il azarkeşlər üçün daha maraqlı çempionat olacaq. İnşallah, hər şey bizim üçün yaxşı olar”.
Sportinfo.az xəbər verir ki, bunu “Sabah”ın özbəkistanlı legioneri Umarali Raxmonaliyev Azərbaycan Premyer Liqasının IX turunda “Qarabağ”la 0:0 hesablı heç-heçə etdikləri oyun barədə danışarkən deyib.
23 yaşlı futbolçu qarşılaşmanın gərgin keçdiyini bildirib:
“Bu gün oyun bizim üçün bir qədər gərgin keçdi. Təəssüf ki, qol vura bilmədik.
Düzdür, iki dəfə fərqləndik, ancaq ilk qolumuz oyundan kənar vəziyyətə görə qeydə alınmadı, ikinci qol epizodunda isə qayda pozuntusu oldu.
İnşallah, növbəti oyunlarda imkanlarımızdan daha yaxşı yararlanacağıq. Bizə düşən yalnız futbol oynamaqdır.
Hakimlərin qərarlarına hörmət etməliyik. Onların da öz qurumları və federasiyaları var. Məncə, bu məsələləri bizdən daha yaxşı bilirlər”.
Raxmonaliyev “Sabah”ın yeni stadionu “Dalğa Arena”da ilk oyunlarını keçirməsi də təəssüratlarını bölüşüb:
“Yeni stadion, yeni meydança əladır. İnşallah, növbəti oyunlarda da azarkeşləri sevindirəcəyik”.
