COP29

Bu davaya görə növbəti 10 ev oyununu azarkeşsiz keçirəcəklər - VİDEO

10 May 17:20 Qalmaqal 591
Bu davaya görə növbəti 10 ev oyununu azarkeşsiz keçirəcəklər - VİDEO

“Kəpəz”in 16 yaşadək oğlanlardan ibarət komandası növbəti 10 ev oyununu azarkeşsiz keçirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA İntizam Komitəsi qərar çıxarıb.

U-16 liqasında baş tutan “Kəpəz” - “Qəbələ” matçı bitdikdən sonra Gəncə təmsilçisinin iki azarkeşi meydana daxil olaraq rəqib komandanın futbolçularını vurub.

Uşaq və gənclər liqalarında pul cəriməsi olmasa da, azarkeşlərin hərəkətinə görə müstəsna hal kimi Gəncə klubu 500 manat cərimələnib.

Bundan əlavə, “Kəpəz”in 4 futbolçusu İntizam Komitəsi tərəfindən ağır cəzalandırılıb.

Rəqib həmkarlarını vuran Tunar Əfəndiyev 4, Cavanşir Əliyev və Rahib Qurbanov isə hərəyə 6 oyunluq diskvalifikasiya edilib. Cavanşirlə Rahibin cəzaları bütün liqalara şamil olunacaq.

“Kəpəz”in digər futbolçusu Yəhya Muradov isə qarşılaşmanın 78-ci dəqiqəsində rəqib futbolçunu təhqir etdiyinə görə 3 oyun cəzalanıb.

Digər Xəbərlər
Xəbər Lenti