Klubda ciddi maliyyə pozuntusu aşkarlandı, prezident təcridxanaya aparıldı

10 Aprel 14:00 Qalmaqal 1 109
Klubda ciddi maliyyə pozuntusu aşkarlandı, prezident təcridxanaya aparıldı

«İrəvan»ın prezidenti Zahid Niyazəliyevdən yeni xəbər var.

Bir müddət öncə hüquq-mühafizə orqanları tərəfindən saxlanılan I Liqa təmsilçisinin rəhbəri hazırda istintaq altındadır.

Onun Kürdəxanıda yerləşən müvəqqəti saxlanma təcridxanasında olmasına dair qeyri-rəsmi məlumat almışıq.

Redaksiyamıza daxil olan informasiyaya görə, Z.Niyazəliyev klubu əhatə edən araşdırma ilə bağlı dindirilir.

Hüquq-mühafizə orqanlarının apardığı təhqiqatın «İrəvan»da ciddi maliyyə pozuntularının baş verməsini üzə çıxardığı söylənilir. Söhbət təqribən 30 min manatın istiqaməti üzrə xərclənməməsindən gedir.

Bu, hələ başlanğıcdır. Bildirildiyinə görə, araşdırma tam başa çatmayıb və qarşıdakı günlərdə daha bir neçə faktın deşifrə edilməsi gözlənilir.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti