COP29

Xəbər QALMAQAL yaratdı, "Neftçi"nin sabiq rəhbər şəxsi suçlandı: "Güclü pul yeyəndir" - VİDEO+FOTOLAR

3 Sentyabr 2023 15:15 Qalmaqal 3 529
Xəbər QALMAQAL yaratdı, "Neftçi"nin sabiq rəhbər şəxsi suçlandı: "Güclü pul yeyəndir" - VİDEO+FOTOLAR

Son vaxtlar «tiktoker» kimi sosial şəbəkələrdə fenomenə çevrilən Ceyhun Sultanovun vaxtilə «Neftçi»də bərabər çalışdığı Tərlan Əhmədovun ünvanına sər ittihamlar səsləndirməsini xəbər vermişdik.

Dünən saytımızda həmin videonu yaymış, eyni zamanda, xəbəri «feysbuk» səhifəmizdə paylaşmışdıq.

Açıqlama böyük rezonans doğurub və ona çoxsaylı şərhlər yazılıb. Tərlan Əhmədovun tərəfdarları Ceyhun Sultanovun fikirlərinə sərt reaksiya verib, keçmiş funksionerin özünü suçlayıblar.

2018-2020-ci illər aralığında idman direktoru postunu tutmuş sabiq funksioner sözügedən məşqçini futbolçulardan pul yığmaqda qınayıb:

«Məni niyə danışdırırsız..? Siz onunla 1 gün işləsəz, üzünü görərsiz ki, necə adamdır.

O, «Kəpəz»də Tural Axundovun əliylə futbolçulardan pul yığırdı. Hər yerdə deyir ki, mən «Neftçi»ni aşağıdan götürmüşəm, gətirib üçüncü yerə çıxarmışam.

«Neftçi»də üçüncü yer nəticə sayılmır. Biz «Neftçi»də gümüş alanda mən heç meydançaya çıxıb o medalı götürməmişəm.

Çünki ikinci yerə qane deyildim, çempion olmaq istəyirdim. Tərlan Əhmədov heç yerdə yaxşı nəticə qazanmayıb.

Səni işlədiyin yerlərdə istəyən olmayıb. Sən özünü ora dürtmüsən. Bilirəm ki, səni «Neftçi»yə kim qoyub.

«Şamaxı»ya, «Kəpəz»ə səni kim tapşırıb, onu da bilirəm. Axırda «Kəpəz»ə aparan da bezdi sənin əlindən».

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"