“28 ildə o qədər mənasız görüşlər olub ki...”

26 Oktyabr 13:47 Problem 67
“28 ildə o qədər mənasız görüşlər olub ki...”

“Əgər BMT Təhlükəsizlik Şurasının daimi üzvləri bunu edə bilməyiblərsə, çəkilsinlər kənara, maneə olmasınlar”.

Sporttinfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Dövlət başçısı bildirib ki, bizə kömək lazım deyil, maneə olmasınlar:

“Bu müharibə qurtaracaq, biz istəyimizə nail olacağıq. Ondan sonra bizim münasibətlərimiz necə olacaq? Sabah təkliflərlə gələcəklər bizim qarşımıza. Hansı üzlə bizim qarşımıza çıxacaqlar?!

Yığılmışıq boğaza, vasitəçi neytral olmalıdır. Neytral deyilsə, o vasitəçi ola bilməz. 5 rayonun qaytarılması məsələsini deyirdilər. 5 rayondan artıq 4-ü bizdədir. Vasitəçilər gedib başqa bir şey fikirləşsinlər. Füzuli, Zəngilan, Cəbrayıl, Qubadlının çox hissəsi, Hadrut bizdədir. Biz BMT Təhlükəsizlik Şurasının qətnamələrini təkbaşına icra edirik.

Cenevrədə Xarici İşlər nazirləri görüşəcək. Görüşsünlər, o qədər mənasız görüş olub ki... 28 il ərzində o qədər mənasız görüşlər olub ki, qoy 29 oktyabr görüşü də olsun”.

Prezident qeyd edib ki, bu döyüşlərdə Xocalı soyqırımını törədən cinayətkarlar məhv edilib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Noyabr 14:40 Ağayev Yunanıstanda
24 Noyabr 10:40 "Qarabağ"ın yeni planı