"İrəvan və Bakı bu məsələlərdə razılığa gələ bilmir, amma..."

20 İyun 2023 03:10 Problem 1 258
"İrəvan və Bakı bu məsələlərdə razılığa gələ bilmir, amma..."

"Elə fundamental məsələlər var ki, onların ətrafında razılaşa bilmirik".

Bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib.

Onun sözlərinə görə, əsas mübahisələr delimitasiyanın hansı xəritə və il əsasında aparılacağı, qarant institutunun müəyyənləşməsi, Bakı ilə Xankəndi arasında (rus sülhməramlılarının nəzarət etdiyi ərazilərdə uydurma oyuncaq rejim - red.) beynəlxalq mexanizmlərin iştirakı ilə danışıqların başlaması, Qarabağ ermənilərinin təhlükəsizliyi ilə bağlıdır.

Kostanyan həmin məsələlərdə tərəflərin mövqelərinin bir-birindən kifayət qədər uzaqda olduğunu, lakin prosesin davam etdiyini vurğulayıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti