"Omoniya"nın iki müdafiəçisi "Qəbələ" ilə cavab oyununu da buraxacaq?

2 Avqust 2023 02:10 Problem 1 011
"Omoniya"nın iki müdafiəçisi "Qəbələ" ilə cavab oyununu da buraxacaq?

"Omoniya"nın futbolçuları Nikolas Panayotu və Paris Psaltis Kiprdə "Qəbələ"yə qarşı keçirəcəkləri Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununu da buraxa bilərlər.

Sportinfo.az xəbər verir ki, hər iki müdafiəçi zədəsini sağaltsa da, hələlik bərpa prosesi keçir.

Tam hazır olmadıqları üçün onların "qırmızı-qaralar"la ev matçında da meydana çıxmaları sual altındadır.

Avqustun 3-də keçiriləcək "Omoniya" - "Qəbələ" oyunu Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İlk matçda Limassol təmsilçisi 3:2 hesablı qələbə qazanıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti