Bu 3 ölkə Paris Olimpiadasından kənarda saxlanıldı

14 İyul 2023 01:30 Problem 1 350
Bu 3 ölkə Paris Olimpiadasından kənarda saxlanıldı

Beynəlxalq Olimpiya Komitəsi Rusiya və Belarusa 2024-cü ildə Parisdə keçiriləcək Olimpiadaya dəvət göndərməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə BOK-un mətbuat xidməti məlumat yayıb.

Ümumilikdə qurum Milli Olimpiya Komitələrinə 203 dəvət göndərəcək.

“Analoji qərar Ukraynadakı münaqişə ilə əlaqədar BOK-un Rusiya və Belarus idmanına tətbiq etdiyi sanksiyalarla bağlı verilib.

Həmçinin, BOK 2022-ci ilin sentyabrından dayandırılmış Qvatemala MOK-a Olimpiadaya dəvət göndərməyəcək”, - məlumatda qeyd olunub.

BOK Rusiya və Belarus idmançıları ilə bağlı yekun qərarın daha sonra veriləcəyini bildirib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Sentyabr 17:30 Çək və bizə göndər!
23 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
23 Sentyabr 08:00 Qədimova seans keçirdi