11:1 - Azərbaycanda daha bir ŞOK oyun!

01:50 II Divizion 99
11:1 - Azərbaycanda daha bir ŞOK oyun!

İkinci Liqada doqquzuncu tura start verilib.

Sportinfo.az xəbər verir ki, turun açılış qarşılaşmasında “Ağstafa Gəncləri” doğma meydanda “Şəki”ni qəbul edib.

Görüş meydan sahiblərinin 11:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Ağstafa Gəncləri”nin heyətində Elçin Qasımov beş qol vuraraq matçın ən məhsuldar futbolçusu olub. 7, 29, 34, 42 və 63-cü dəqiqələrdə fərqlənib. Qasımov ikinci qolunu penaltidən vurub.

Elgün Namazov isə dubla imza atıb. O, 13 və 89-cu dəqiqələrdə rəqib qapısına yol tapıb.

Meydan sahiblərinin digər qollarını 8 və 44-cü dəqiqədə Cavid İmamverdiyev, 54-cü dəqiqədə Yunis Hüseynov vurub. 16-cı dəqiqədə isə “Şəki”nin futbolçusu Firuz Osmanov topu öz qapısından keçirib.

Qonaqların yeganə qolunun müəllifi 58-ci dəqiqədə fərqlənən Elgün Hacıbabayev olub.

“Ağstafa Gəncləri” – “Şəki” 11:1
Qollar
: Elçin Qasımov, 7; 29-pen; 34; 42; 44; 63; Firuz Osmanov, 16-öz qapısına. Elgün Namazov, 10; 13; 89. Yunis Hüseynov, 54 – Elgün Hacıbabayev, 58.

Digər Xəbərlər
Xəbər Lenti
1 Noyabr 20:00 Çək və bizə göndər!