"Bu əməllərə əl atanlar bilsinlər ki...” - AFFA-nın icraçı vitse-prezidenti

15 Aprel 02:00 Problem 451
"Bu əməllərə əl atanlar bilsinlər ki...” - AFFA-nın icraçı vitse-prezidenti

AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev danışılmış oyunlarla bağlı danışıb.

Sportinfo.az xəbər verir ki, o, məsələni ciddi nəzarətdə saxladıqlarını bildirib:

"Ötən il "Qarabağ" "qızıl dubl" etdi. "Zirə" və "Sabah" tarixlərində ikinci dəfə medalçılar sırasına düşdülər.

Hər üç komanda avrokuboklarda iştirak etdi və müəyyən nəticələr əldə etdilər. "Qarabağ" uğurları ilə bizi sevindirməyə davam etdi.

Ümid edirik ki, belə də davam edəcək. "Sabah" Konfrans Liqasında "Makkabi"yə qalib gəldi, ancaq sonra mərhələ adlaya bilmədilər.

"Zirə" avrokuboklarda uğurlu iştirak etdi. "Sumqayıt" da avrokubolkarda oynadı. Təəssüf ki, ilk mərhələdə dayandılar.

Bütün dünyada problem danışılmış oyunlardır. Məsələni ciddi nəzarətdə saxlayırıq.

Bu əməllərə əl atanlar bilsinlər ki, məsələni ciddi nəzarətdə saxlayırıq. Hər kəsi danışılmış oyunlardan çəkinməyə dəvət edirik.

AFFA bir sıra tanınmış brendlərlə sponsorluq müqaviləsinə imza atıb. Futbol ailəsinə qoşulan sponsorlara minnətdarıq.

Əminik ki, bu cür işlərdən həm biz,sponsorlar müsbət nəticə əldə edək.

2025-ci il Tofiq Bəhramovun 100 illik yubileyi ilə yadda qalacaq. 29 yanvarda yubiley keçirildi.

AFFA olaraq Azərpoçtla birlikdə xüsusi poçt markaları dövriyyəyə buraxdıq. İl ərzində müxtəlif digər layihələrin həyata keçirilməsi nəzərdə tutulub".

Digər Xəbərlər
Xəbər Lenti
18 Sentyabr 23:40 Bölgə klubunda pul davası!
18 Sentyabr 18:10 Çək və bizə göndər!
18 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Sentyabr 01:00 "Mingəçevir" qalib gəldi
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!