Premyer Liqada beş futbolçuya xəbər göndərildi  - Kənardan baxacaqlar

11 Aprel 2025 16:40 Problem 1 232
Premyer Liqada beş futbolçuya xəbər göndərildi  - Kənardan baxacaqlar

Premyer Liqanın 30-cu turu bəzi futbolçular üçün tamaşa meydanı olacaq.

Dörd komandadan beş futbolçu oyunları kənardan izləyəcək.

İki nəfər “Səbail”ə kömək edə bilməyəcək. Bunlar Mert Çeliklə Süleyman Alluşdur. “Sabah”dan İvan Lepinitsa, “Sumqayıt”dan Ayxan Süleymanlı, “Turan Tovuz”dan Veysəl Rzayev də “qara siyahı”ya düşüb.

Adları çəkilənlər qırmızı və sarı vərəqələrin bədəlini ödəmək məcburiyyətindədir.

Aprelin 11-də “Səbail” – “Qarabağ”, ertəsi “Turan Tovuz” – “Sabah”, “Sumqayıt” – “Şamaxı”, aprelin 13-də “Kəpəz” – “Araz-Naxçıvan”, “Neftçi” – “Zirə” oyunları baş tutacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
23 İyun 17:30 Çək və bizə göndər!
23 İyun 10:20 Neymar geri qayıtdı