“Biz Azərbaycana konkret təklif etmişik"

1 Fevral 07:20 Problem 451
“Biz Azərbaycana konkret təklif etmişik"

“Ermənistan Naxçıvana yüklərin daşınması üçün Azərbaycanı öz ərazisində yerləşən dəmir yolu kommunikasiyaları ilə təmin etməyə hazırdır”.

Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün keçirdiyi mətbuat konfransında deyib.

“Biz Azərbaycana konkret təklif etmişik, burada həm Ermənistanın, həm də Azərbaycanın mövqeyi nəzərə alınır.

Biz təklif etmişik ki, yük daşımaları dəmir yolu ilə Qərbi Azərbaycandan Naxçıvana və geriyə Ermənistan ərazisindən Mehri vasitəsilə həyata keçirilsin.

Çünki Azərbaycanla dəmir yolunun digər hissələrinin bərpa edilməsi çox investisiya tələb edir”, - deyə Paşinyan qeyd edib.

O, Azərbaycanın sözügedən təklifi qəbul edəcəyinə ümid etdiyini bildirib.

“Əlbəttə, yük daşımaları ölkəmizin qanunvericiliyi çərçivəsində olmalıdır”, - deyə Paşinyan əlavə edib.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"