Yaralananlardan 11-nin vəziyyəti ağırdır

26 Dekabr 2024 08:00 Problem 760
Yaralananlardan 11-nin vəziyyəti ağırdır

Aktau yaxınlığında baş vermiş təyyarə qəzasında xəsarət alaraq xəstəxanaya çatdırılan 11 nəfərin vəziyyəti ağırdır.

Bu haqda Manqistau vilayətinin səhiyyə departamenti məlumat yayıb.

“Ümumilikdə 29 zərərçəkən var: onlardan 27-si çoxsahəli rayon xəstəxanasına çatdırılıb. 27 nəfərdən 11-i ağır vəziyyətdə reanimasiyadadır. 11 və 16 yaşlı iki uşaq uşaq xəstəxanasına yerləşdirilib və əməliyyata hazırlanır”, - idarədən bildirilib.

Həkimlərin sözlərinə görə, uşaqlar qapalı kəllə-beyin travması, beyin silkələnməsi, sınıq və əzilmiş xəsarətlərlə, travmatik şok vəziyyətində daxil olublar.

Digər Xəbərlər
Xəbər Lenti
8 Avqust 18:10 Çək və bizə göndər!