“Nürnberq” Mahirlə yollarını ayıracaq? - Kloze “qara siyahı”nı hazırladı

21 Dekabr 2024 01:10 Problem 924
“Nürnberq” Mahirlə yollarını ayıracaq? - Kloze “qara siyahı”nı hazırladı

Almaniyanın II Bundesliqa təmsilçisi “Nürnberq”in maliyyə böhranıyla üzləşdiyini xəbər vermişik.

klub rəsmiləri bunu son illər ərzində bahalı transferlərə ciddi məbləğ xərcləsələr də, istənilən nəticələrin qazanılmamasıyla əlaqələndirir.

Hətta hadisələrin axarı komandanın azarkeş sayının azalmasıyla səbəb olub. Əlbəttə, bu, bilet satışından, reklamlardan və sosial şəbəkə hesablarından əldə edilən gəlirə təsirsiz ötüşməyib.

“Nürnberq” çıxış yolunu klubda çalışan xeyli əməkdaş və bir neçə futbolçu ilə yolları ayırmaqda görür.

Sportinfo.az “Bild”ə istinadla xəbər verir ki, baş məşqçi Miroslav Kloze rəhbərliklə görüşdə qış fasiləsində komandadan ayrılmasını istədiyi futbolçuların siyahısını təqdim edib.

Nəşr siyahıdakı bütün futbolçuların adına aydınlıq gətirməkdə çətinlik çəksə də, biri bəllidi. Söhbət Stefanos Tzimasdan gedir.

Maraqlıdır ki, yunan hücumçu “Nürnberq”in yeni mövsümdə ən çox qol vuran futbolçusudu. O, 2-ci bundesliqada meydana çıxdığı 13 matçda 7 qol vurub, 2 məhsuldar ötürmə verib. Onu hədəfə gətirən də elə qaneedici göstəricisidi.

Bilinməyən məsələlərdən biri də siyahıda Mahirin adının olub-olmamasıdı. O, komandanın üç hücumçusundan biri olsa da, təəssüf ki, son 5 matçda hansısa uğurla yadda qalmayıb...

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
9 May 08:50 "Neftçi" vidalaşdı