COP29

Vüqar Həşimovun bacısı yanan ata-anasından danışdı - VİDEO

6 Dekabr 2024 23:20 Problem 375
Vüqar Həşimovun bacısı yanan ata-anasından danışdı - VİDEO

Sportinfo.az xəbər verir ki, mərhum şahmatçı Vüqar Həşimovun bacısı Samirə Allahverdiyeva bir neçə gün öncə baş verən partlayışda yaralanaraq xəstəxanaya yerləşdirilən valideynləri ilə bağlı son vəziyyəti açıqlayıb.

Samirə Allahverdiyeva bildirib ki, valideynləri-Qasım Həşimov və Aidə Həşimovanın hazırda vəziyyəti ağır-stabil olaraq qalır.

Anası Yeni Klinikadan özəl tibb müəssisəsinə təxliyə olunub. Onun hər iki ayağında əməliyyat icra olunacaq.

Samirə Allahverdiyeva partlayışla bağlı araşdırmaların aparıldığını da deyib.

Partlayış dekabrın 3-də Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı bağlar massivində yerləşən fərdi yaşayış evində baş verib.

Digər Xəbərlər
Xəbər Lenti