Zədəli futbolçularının son durumu müəyyənləşdi - "Qarabağ"ın rəqibindən XƏBƏR

20 Sentyabr 2024 12:20 Problem 930
Zədəli futbolçularının son durumu müəyyənləşdi -

"Qarabağ"ın Avropa Liqasındakı rəqiblərindən olan "Malmö"da zədəli futbolçuların durumu müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu barədə İsveç təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Yarımmüdafiəçilərdən Sead Hakşabanoviç fizioterapevtlə birlikdə məşqlərini davam etdirir. Stefano Vekkya isə hələlik yüklənmə və bərpa mərhələsindədir.

Müdafiəçilər Niklas Moysander ilə Anton Tinnerholmun bərpa prosesi davam edir.

"Qarabağ" "Malmö" ilə oktyabrın 3-də, saat 20:45-də Bakıda qarşılaşacaq. "Malmö" sentyabrın 22-də İsveç çempionatında "Hakken"i qəbul edəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Sentyabr 18:10 Çək və bizə göndər!
22 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM