“Qarabağda baş verən hadisələrdə günah yalnız Ermənistan rəhbərliyindədir”.
Bunu Belarus Prezidenti Aleksand Lukaşenko açıqlamasında deyib.
O, digər dövlət başçılarının susduğu və ya buna qarşı çıxdığı bir vaxtda ərazilərin Azərbaycana verilməsini şəxsən rəsmi İrəvana təklif etdiyini vurğulayıb.
Belarus Prezidenti əlavə edib ki, o, Ermənistan hakimiyyətini regionda sülhə çağırıb, lakin İrəvan Qarabağdan əl çəkməmək qərarına gəlib.
O qeyd edib ki, əvvəllər Azərbaycan Prezidenti İlham Əliyevlə bu regionda hər şeyin sülh yolu ilə həllini müzakirə ediblər.
Lukaşenko həmçinin bildirib ki, Belarus Ermənistana müxtəlif sahələrdə kömək edib və yaxşı münasibətlər qurmağa çalışıb, lakin İrəvan Qərbə üz tutmağa qərar verib.