"Bakı ilə razılaşdıq, onu imzalamağa hazırıq"

12 Sentyabr 2024 07:50 Problem 540
"Bakı ilə razılaşdıq, onu imzalamağa hazırıq"

“İrəvan sülh müqaviləsi ilə bağlı 10-cu təkliflər paketini Bakıya göndərib”.

Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.

XİN başçısı sazişin yaxın zamanda imzalanması üçün real imkanın olduğunu bildirib:

“Texniki cəhətdən müqavilə mətni tam razılaşdırılıb. Artıq demək olar ki, fikir ayrılığımız yoxdur. Biz razılaşdırılmış mətni ən qısa zamanda imzalaya bilərik. Müqavilə 16 maddədən ibarətdir, bunlardan 13-ü tam, 3-ü isə qismən razılaşdırılıb”.

Mirzoyan qeyd edib ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən yolda təhlükəsizlik tədbirlərinin həyata keçirilməsinin xarici özəl şirkətə həvalə edilməsi mümkün ola bilər:

“Yoldan istifadə edən insanların təhlükəsizliklə bağlı güvənini artırmaq üçün oraya lisenziyalı bir xarici şirkəti cəlb edə bilərik. Bu, müzakirə edilən variantlardan sadəcə biridir. Məsələn, yük və ya sərnişin daşımalarını onlar müşayiət edə bilərlər”.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 08:40 Cəfərov UEFA-ya lazım oldu
16 Sentyabr 05:10 “Şahdağ” Bayıl yolunda
16 Sentyabr 02:50 "Kəpəz"in 1000 oyunu var