COP29

"Elxan Məmmədovun adamları AFFA-dan yola salınmasa…"

26 Noyabr 2023 15:15 Problem 1 330
"Elxan Məmmədovun adamları AFFA-dan yola salınmasa…"

«Azərbaycan futbolu illərdir yerlərdə sürünür, bu da səbəbsiz deyil».

Sportinfo.az saytının təsisçisi İlkin Vaqifoğlu belə deyib.

ATV kanalında yayımlanan «Futbolumuz» verlişinin qonağı olan İ.Vaqifoğlu bu sahədəki problemlərin icraçı şəxslərdən qaynaqlandığını bildirib:

«Moldova və Qazaxıstan son tura kimi Avropa çempionatının final mərhələsinə şansını saxladı. Bir Estoniya qalıb, onlar da bir neçə gəlib bizi keçəcək.

Axı bu, necə ola bilər? Ölkə rəhbərliyi futbola inanılmaz dərəcədə diqqət və qayğı göstərir.

Belə dəstəyin qarşılığında heç bir nəticə əldə olunmursa, deməli, müvafiq qurumlar, başda da AFFA olmaqla, bunda günahkardır.

Vəziyyətin bu dərəcədə pisləşməsində günahkar icraçı şəxslərdir. AFFA-da ciddi və köklü dəyişiklər olmalıdır.

Lazımsız kadrlar oradan uzaqlaşdırılmalıdır. Elxan Məmmədov AFFA-nı idarə etdiyi illərdə futbolumuzu çox geri atıb.

Onun adamları futboldan yola salınmasa, biz inkişaf yolunda heç bir addımın şahidi olacağıq».

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"