"Ciddi problem ortaya çıxdı" - “İdman TV” “Qarabağ"ın oyununu niyə yayımlamır?

24 Avqust 2023 23:10 Problem 1 268
"Ciddi problem ortaya çıxdı" - “İdman TV” “Qarabağ"ın oyununu niyə yayımlamır?

"İdman TV" Avropa Liqasının pley-off mərhələsində "Olimpiya" - "Qarabağ" oyununun canlı yayımlanmaması ilə bağlı rəsmi açıqlama yayıb.

Sportinfo.az xəbər verir ki, açıqlamada bildirilib:

"Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı.

Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!"

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti