Hikmət Hacıyevin yeni MESAJI - həm də süni konfliktin sadə həll yolu...

16 Avqust 2023 18:50 Problem 556
Hikmət Hacıyevin yeni MESAJI - həm də süni konfliktin sadə həll yolu...

Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında (keçmiş Tviter) yeni mesaj paylaşıb.

Mesajın mahiyyəti Xankəndiyə yardım çatdırılması istiqamətində yaranmış konfliktlə bağlıdır.

Həmin mesajı təqdim edirik:

"Yardımları Xankəndiyə daha sürətli və səmərəli necə çatdırmaq olar? Əlbəttə, Ağdam-Xankəndi yolu ilə.

44 km-lik Bərdə-Ağdam və 65 km-lik Ağdam-Füzuli 4 zolaqlı avtomobil yollarının tikintisi sürətlə davam etdirilir. Hər iki magistralın sutkada 17 000 avtomobil keçirmə qabiliyyəti var".

xankend.PNG (26 KB)

xankend 1.PNG (559 KB)

Əslində bu, yaranmış süni konfliktin sadə həlli yoludur. Bu həllin adı Ağdam-Xankəndi magistralıdır.

Musavat.com xatırladır ki, Ermənistan "Laçın dəhlizində humanitar vəziyyətin pisləşməsi" ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasına müraciət edib. Azərbaycanın isə bu cür siyasi avantüralara cavabı hər zamankı kimi konstruktivdir.

Bu dəfə də elədir - Hikmət Hacıyevin timsalında Azərbaycan Ermənistana, onun havadarlarına və BMT-yə daha əlverişli, daha uyğun variant təklif edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti