“Bizdə futbolçuların üstündən tez xətt çəkirlər”.
Bu fikirlər futbol eksperti Emin Abbasova aiddir.
O, ATV kanalında yayımlanan “Futbolumuz” verlişində son illər diqqətdən kənarda qalan futbolçulardan danışıb.
Tanınmış teleşərhçi Premyer Liqada klub sayının az olması səbəbindən əksər gənc oyunçuların sevimli məşguliyyətindən uzaq düşməsinə diqqət çəkib.
Bildirib ki, Elnur Cəfərov, Vadim Abdullayev və Orxan Əliyev kimi adlar bu illər ərzində layiq olduqları münasibəti görməyib, onların perspektivi nəzərə alınmayıb.
Ekspert qeyd edib ki, elitada mübarizə aparan komandaların sayı bir qədər də artırılsa, bu, digər cavanlar üçün stimul olacaq.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

