Vaxtilə Türkiyə çempionu olan “Bursaspor” bu il lisenziya ala bilməyib.
Buna səbəb Bursa təmsilçisinin 57 milyon türk lirəsi borcunun yaranmasıdır.
Verilən rəsmi açıqlamada qeyd olunur ki, yaranan borc Ali Ayın dönəminə təsadüf edir:
"Sabiq prezidentlərsən olan Ali Ayın CAS-a ödənilməli olan transferlərin siyahısı belədir. Bu rüsumların cari məzənnəsi 57 036 775 TL-dir.
Klubumuzun transfer qadağasının məhz bu dövrlə bağlı olduğu açıq-aydın görünür. Üstəlik, klubumuz bu yanlış gedişlərə görə lisenziya ala bilmir".
Baş məşqçi Ərtoğrul Sağlamın rəhbərliyi altında "Bursaspor" 2009-2010 mövsümündə 75 xalla çempionluq qazanaraq, tarixinin ən böyük uğurlarından birinə imza atmışdı.
Bu mövsüm heç bir peşəkar liqada iştirakına icazə verilməyən “yaşıl timsahlar”ın borclu olduğu futbolçuların və menecerlərin siyahısı açıqlanıb.
Siyahıda Azərbaycan yığmasının və “Sabah”ın vingeri Namik Ələsgərovun da adı var. Belə ki, Bursa təmsilçisi TFF I Liqada çıxış etmiş həmyerlimizə 424 min avro ( 792 min manat) ödəməlidir.
2021/2022-ci il mövsümündə bu komandada oynayan yarımmüdafiəçi maaşının çox hissəsini ala bilməyib.
2021-ci ildə "Neftçi"dən "Bursaspor"a transfer olunan və 2+1 illik müqavilə bağlayan Ələskərov 2022-ci ildə Azərbaycana qayıdaraq "Sabah"la müqavilə imzalayıb.
Namik “Bursaspor”dan FİFA-ya şikayət edib və məhkəmə prosesini qazanıb. Bundan sonra tərəflər arasında yeni anlaşma əldə olunub.
Razılaşmaya əsasən, Türkiyə klubu yığmamızın üzvünə olan əməkhaqqı borcunu qarşıdakı 1 il ərzində hissə-hissə qaytaracaq. Hətta ödəmələri gələn ilin aprelinədək bitirəcəklərini bildiriblər.
Odur ki, bu müddətdə borc faizləri hesablanmayacaq və ümumi borc artmayacaq..
“Bursaspor” 2022-ci ildə TFF I Liqanı tərk edib. Namik burada olduğu son 4 ayda əməkhaqqı almayıb.
“Yaşıl timsahlar” ikinci liqaya düşdüyündən, digər bütün legionerlər kimi, Ələsgərov da burada qalası olmayıb.
Çünki Türkiyə Futbol Federasiyasının müəyyənləşdirdiyi qaydalara görə, klubar ikinci liqada əcnəbi statuslu futbolçuların xidmətindən yararlana bilməz.
SPORTİNFO.AZ


